Boş masagörünsün.Rezerv özü gəlsin.
MASON game center və oyun klublarına sayt, canlı masa xəritəsi və onlayn rezerv sistemi qurur. Müştəri boş yeri görür, rezerv edir. Bildiriş dərhal komandanızın telefonuna düşür.
TELEGRAM · YENİ REZERVGözlənilir…
Rezerv hələ də WhatsApp-da, dəftərdə və işçinin yaddaşındadır?
Hər axşam eyni mənzərə: suallar, gecikən cavablar, iki nəfərə verilən eyni masa. MASON bu prosesi 4 addıma, sıfır zəngə endirir.
Orta cavab müddəti: 49 dəqiqə. Müştəri itir, masa boş qalır.
Yeni rezerv: VIP 2 · 22:00 · 2 saat · Aysel
Bir abunəlikdə sayt, rezerv və idarəetmə.
Ayrıca proqramçı, ayrıca dizayner, ayrıca rezerv proqramı lazım deyil. Hamısı bir sistemdədir və bir-biri ilə işləyir.
Müştəri saytda real vəziyyəti görür
Bənövşəyi masaya toxunun: rezerv dərhal yaranır, masa başqaları üçün bağlanır.
Demo · kliklə və yoxla
Hər rezerv komandanın telefonunda
Yeni rezerv: VIP 3 · 21:00 · 1 saat
Aysel · +994 50 ••• •• 49Yeni rezerv: PRO 1 · 20:00 · 3 saat
Rauf · +994 50 ••• •• 36Yeni rezerv: PS5 · 19:00 · 2 saat
Səbinə · +994 50 ••• •• 23Ən dolu saat: 21:00
Masanı bir kliklə bağlayın
Masanı indi rezerv et
Qaydalarınızı bir dəfə yazın, sistem hər rezervdə tətbiq etsin
7 günə hər şey hazırdır.
Texniki iş tamamilə bizdədir. Sizdən yalnız məkan haqqında məlumat lazımdır.
Məkanınızı tanıyırıq
Zallar, masalar, qiymətlər, iş saatları və xüsusi qaydalarınız. 30 dəqiqəlik görüş kifayətdir.
- Masa planı
- Tariflər
- Qaydalar
Saytınızı və xəritənizi qururuq
Brendinizə uyğun sayt, canlı masa xəritəsi, bildiriş qrupu və admin panel hazırlanır.
- Öz domeniniz
- 4 dil
- SEO
Komandanızı öyrədirik
İşçilər paneldə masanı açmağı, bağlamağı və rezervi idarə etməyi 15 dəqiqəyə öyrənir.
- Telegram qrupu
- Admin giriş
- Video təlimat
Rezervlər axmağa başlayır
Linki Instagram bio-ya, Google profilinə və WhatsApp-a qoyursunuz. Qalanını sistem edir.
- Google Maps
- QR kod
Şəffaf qiymət. Heç bir əlavə xərc yoxdur.
Demo pulsuzdur. Ödənişi yalnız sayt və sistem tam hazır olanda edirsiniz, ilk ay bu ödənişə daxildir.
Start
Kiçik məkanlar · 15 masaya qədər
- Sizin logo və rənglərinizlə sayt
- klubunuz.mason.az ünvanı
- Canlı masa xəritəsi
- Onlayn rezerv 7/24
- Telegram bildirişi
- Admin panel: boş, dolu, təmir
Pro
Orta məkanlar · 40 masaya qədər
- Start-dakı hər şey
- Öz domeniniz (klubunuz.az)
- 4 dil: AZ · RU · EN · TR
- Çox səhifə: qiymətlər, qalereya, oyunlar
- Zonalar, tariflər, gecə endirimi
- Analitika: doluluq və pik saatlar
- 3 Telegram qrupu
Biznes
Böyük və çox filiallı
- Pro-dakı hər şey
- Fərdi dizayn, 3D vizuallar
- Limitsiz masa və filial
- İşçi rolları
- Kampaniya və promo kodlar
- Gəlir analitikası, müştəri bazası
- Şəxsi menecer
Biznes+
Sayt + sosial media dizaynı
- Biznes-dəki hər şey
- Saytınızın üslubunda hər ay 8 post
- Hər ay 12 story
- Story highlight ikonları dəsti
- Kampaniya bannerləri
- Aylıq məzmun planı
Gizli ödəniş yoxdur
- Hosting və SSL daxildir
- Yeniləmələr və texniki dəstək daxildir
- Ödəniş yalnız sayt hazır olanda
- Müqavilə yoxdur, istənilən ay dayandırın
İlk 5 müştəriyə: sayt açılışından sonra 2 ay abunə pulsuz. Agentlik qiymətləri Bakı bazarında oxşar fərdi sayt üçün təxmini rəqəmlərdir.
Saatla və masa ilə işləyən hər məkan üçün.
Hər sahənin öz qaydası var. Racing mərkəzində VIP və gecə tarifi, PlayStation klubunda nəfərə görə qiymət, qorxu evində seans vaxtı.
PlayStation klubları
Konsol və otaq rezervi, nəfərə görə qiymət, minimum 1 saat qaydası.
Ətraflı 02PC və kiber klublar
Zal üzrə kompüter xəritəsi, komanda üçün yan-yana yerlər.
Ətraflı 03Racing simulyator mərkəzləri
Standart, Pro, VIP masalar, kabinetlər, VR və gecə tarifləri.
Ətraflı 04Bilyard və bowling
Masa və dorojka rezervi, saatlıq tarif, pik saatlar.
Ətraflı 05Qorxu evləri
Seans vaxtları, komanda ölçüsü, yaş həddi, öncədən ödəniş.
Ətraflı 06TezlikləRestoran və kafelər
Masa planı, nəfər sayı, ad günü və korporativ rezervlər.
ƏtraflıMASON nəzəriyyə deyil. Sistem Bakıda işləyən game center-də hər gün real müştərilərlə işləyir.
Gecə endirimi, təmirdəki masanı bağlamaq, PlayStation üçün minimum 1 saat: hər funksiya real məkanın gündəlik ehtiyacından yaranıb.
Həllərə baxMəkanınızı 7 gündə onlayn rezervə keçirək
Masalarınızla hazırlanmış pulsuz demo göstəririk. Ödəniş yalnız sayt hazır olanda, öhdəlik yoxdur.