MASON/Həllər / Racing simulyator mərkəzləri
Racing simulyator mərkəzləri

Racing mərkəziniz üçün canlı masa xəritəsi

Müştəri hansı simulyatorun boş olduğunu, hansının nə vaxt boşalacağını saytdan görür və özü rezerv edir. Siz sükan arxasındakı təcrübəyə fokuslanırsınız.

Canlı xəritə · nümunə

Müştəriniz saytda bunu görəcək

Zalların bölgüsü, masa adları, rənglər və qiymətlər sizin məkana uyğun qurulur. Boş masaya toxunun və rezervi yoxlayın.

Zal 1 · Standart
Zal 2 · Pro / VIP
Premium · Kabinet
BoşDoluSizin rezerv
Tanış problemlər

Bu gün nə itirirsiniz?

Bunları sahibkarlarla danışanda ən çox eşitdiyimiz problemlərdir.

01 · problem

Mesajlarda itən rezervlər

Gecə saat 2-də yazılan mesaj səhər görülür, müştəri artıq başqa məkana gedib.

02 · problem

"Boş yer var?" zəngləri

Hər gün onlarla eyni sual. İşçi kassada, telefon cavabsız qalır.

03 · problem

Təmirdəki masa satılır

Sükanı sınmış masaya rezerv qəbul olunur, müştəri gələndə narazı qalır.

Həll

Racing simulyator mərkəzləri üçün hazır funksiyalar

Hamısı sizin məkanın qaydalarına görə qurulur.

Masa növləri və qiymətlər

Standart, Pro, VIP, Premium, cüt kabinet: hər birinin öz saatlıq qiyməti və təsviri.

Gecə və saatlıq tariflər

Məsələn, 00:00–10:00 arası 50% endirim avtomatik hesablanır.

Təmir rejimi

Masanı bir kliklə təmirə bağlayın: saytda dərhal "əlçatmaz" görünür.

Qrup rezervi

5–6 nəfərlik dostlar qrupu yan-yana masaları bir dəfəyə tutur.

Doluluq hesabatı

Hansı masa nə qədər işləyib, pik saatlar və aylıq gəlir.

Komandaya bildiriş

Hər rezerv Telegram qrupuna düşür: masa, saat, ad, nömrə.

Pulsuz demo

Məkanınızı 7 gündə onlayn rezervə keçirək

Masalarınızla hazırlanmış pulsuz demo göstəririk. Ödəniş yalnız sayt hazır olanda, öhdəlik yoxdur.