MASON/Həllər / PlayStation klubları
PlayStation klubları

PlayStation klubunuz həmişə dolu olsun

Otaqlar, konsollar, oyunçu sayı, minimum müddət. Bütün qaydalarınız sistemdə qurulur, rezerv səhvsiz gəlir.

Canlı xəritə · nümunə

Müştəriniz saytda bunu görəcək

Zalların bölgüsü, masa adları, rənglər və qiymətlər sizin məkana uyğun qurulur. Boş masaya toxunun və rezervi yoxlayın.

Ümumi zal · PS5
VIP otaqlar
BoşDoluSizin rezerv
Tanış problemlər

Bu gün nə itirirsiniz?

Bunları sahibkarlarla danışanda ən çox eşitdiyimiz problemlərdir.

01 · problem

Otaq kimdədir?

Kağız dəftər və yaddaşla idarə olunan rezervlər üst-üstə düşür.

02 · problem

Yarım saatlıq sifarişlər

Qaydanız 1 saatdırsa, sistem daha qısa rezervə icazə vermir.

03 · problem

Boş saatlar

Günorta saatları boş keçir, endirimi isə heç kim bilmir.

Həll

PlayStation klubları üçün hazır funksiyalar

Hamısı sizin məkanın qaydalarına görə qurulur.

Otaq və konsol xəritəsi

Hər otaq, hər konsol ayrıca: kim, nə vaxtadək, neçə nəfər.

Nəfərə görə qiymət

2 nəfərə qədər bir qiymət, 4 nəfər üçün başqa. Hesab avtomatikdir.

Minimum müddət

1 saat, 1.5 saat, 2 saat: seçimləri siz müəyyən edirsiniz.

Boş saat endirimləri

Az gəlinən saatlara avtomatik endirim, saytda dərhal görünür.

Ən çox oynanılan saatlar

Hansı gün və saat dolu olur, hansı boşdur, hesabatda görürsünüz.

Telegram bildirişi

Rezerv gələn kimi işçinin telefonunda.

Pulsuz demo

Məkanınızı 7 gündə onlayn rezervə keçirək

Masalarınızla hazırlanmış pulsuz demo göstəririk. Ödəniş yalnız sayt hazır olanda, öhdəlik yoxdur.